Azərbaycan Avropa çempionatında növbəti medalları qazandı

3 May 2018 00:00 Güləş 712
Azərbaycan Avropa çempionatında növbəti medalları qazandı

Azərbaycanın 2 yunan-Roma güləşçisi Rusiyanın Kaspiysk şəhərində keçirilən Avropa çempionatında gümüş medal qazanıb.

Sportinfo.az xəbər verir ki, bunlar Rəsul Çunayev və Murad Məmmədovdu.

Hər iki idmançı finalda Rusiya təmsilçilərinə uduzublar. 72 kq çəki dərəcəsində mübarizə aparan Çunayev Adam Kuraka, 60 kq-da yarışan Məmmədov isə Sergey Emelinə uduzub.

Rafiq Hüseynov (82 kq) isə bürünc medal uğrunda görüşə çıxacaq. Qeyd edək ki, 55 kq çəki dərəcəsində Eldəniz Əzizli qızıl medal qazanıb. Elvin Mürsəliyev (77 kq) isə bürünc medala sahib olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti