Avropa çempionatında azərbaycanlını uduzduran hakimlər cəzalandırıldı

1 May 2018 15:12 Güləş 798
Avropa çempionatında azərbaycanlını uduzduran hakimlər cəzalandırıldı

Rusiyanın Kaspiysk şəhərindəki Avropa çempionatının ilk günündə Azərbaycanın yunan-Roma güləşçisi İslam Abbasovun Rusiya təmsilçisi Bekxan Ozdoyevlə qarşılaşdığı yarımfinal görüşündə nəticəyə təsir edən hakim səhvi ilə bağlı Azərbaycan Güləş Federasiyasının rəhbərliyi Dünya Güləş Birliyinə (UWW) şikayət edib.

Sportinfo.az xəbər verir ki, UWW Hakimlər Kollegiyasının sədri Antonio Silvestri hakimlərin etdiyi səhvə görə üzrxahlıq edib, görüşü idarə edən Finlandiya, Belarus və Almaniya hakimləri çempionatı idarə etməkdən bir günlük məhrum ediliblər.

Güləş qaydalarına əsasən rəqibin geyimindən tutduğuna görə idmançı 2 xal və xəbərdarlıqla cəzalandırılır. Belə olacağı təqdirdə İslam Abbasov görüşü qalib başa vurub, finala yüksələcəkdi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti