Bu gün Azərbaycanın daha 5 güləşçisi AÇ-2018-də mübarizəyə qoşulacaq

1 May 2018 12:12 Güləş 811
Bu gün Azərbaycanın daha 5 güləşçisi AÇ-2018-də mübarizəyə qoşulacaq

Rusiyanın Kaspiysk şəhərində güləş üzrə böyüklər arasında Avropa çempionatı keçirilir.

Sportinfo.az xəbər verir ki, ikinci yarış günündə 60, 67, 72, 82 və 97 kq çəki dərəcəsində yunan-Roma güləşçiləri yarışacaq.

Azərbaycanın daha 5 yunan-Roma güləşçisi bu gün mübarizəyə qoşulacaq.

60 kq

1/4 final - Murad Məmmədov - M.Kajarski (BLR) / Elçin Əli (TUR)

67 kq

1/8 final - Elman Muxtarov - Artem Surkov (RUS)

72 kq

1/16 final - M.Dağ (TUR) - Rəsul Çunayev

82 kq

1/8 final - Rafiq Hüseynov - E.Babayan (POL) / Z.Datunaşvili (GEO)

97 kq

1/8 final - T.Soost (SVK) - Orxan Nuriyev

Görüşlər aşağıdakı linklərdən canlı yayımlanacaq. https://unitedworldwrestling.org/event/european-championships-3

A xalçası

https://livestream.com/unitedworldwrestling/events/8161936

B xalçası

https://livestream.com/unitedworldwrestling/events/8161937

C xalçası

https://livestream.com/unitedworldwrestling/events/8161940

İlk yarış günündə 55, 63, 77, 87 və 130 kq çəki dərəcələrində yunan-Roma güləşçiləri yarışıb. Azərbaycan güləşçilərindən Elvin Mürsəliyev və İslam Abbasov hərəyə iki görüş, Eldəniz Əzizli isə bir görüşü qələbə ilə başa vuraraq yarımfinala yüksəlib. Hər üç güləşçinin yarımfinalda rəqibi Rusiya idmançısı olub.

55 kq çəkidə mübarizə aparan Eldəniz Əzizli yarımfinal görüşündə 1:7 hesabla geridə olmasına baxmayaraq mübarizlik və əzmkarlıq göstərərək Rusiya təmsilçisi Vasili Topoevi 9:7 məğlub edib və finala yüksəlib. Finalda Eldəniz Estoniya idmançısı ilə qarşılaşacaq.

Elvin Mürsəliyev (77 kq) ikiqat Olimpiya çempionu Roman Vlasovla görüşdən məğlub ayrılıb və bürünc medal görüşünə haqq qazanıb. 87 kq-da mübarizə aparan İslam Abbasov da gərgin keçən qarşılaşmada rəqibinə minimal fərqlə uduzub və bürünc medal görüşünə haqq qazanıb.

Güləşçilərimizin rəqibləri bu gün keçiriləcək təsəlliverici görüşlərdən sonra məlum olacaq. Final görüşləri bu gün Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

55 kq

FİNAL - Helary Maegissalu (EST) - Eldəniz Əzizli

1/2 final - Eldəniz Əzizli - Vasili Topoev (RUS) 9:7

1/4 final - Nugzari Tsurtsumia (GEO) - Eldəniz Əzizli 0:9

63 kq

1/8 final - Levani Kavjaradze (GEO) - Taleh Məmmədov 4:0

77 kq

Bürünc medal görüşü - Elvin Mürsəliyev

1/2 final - Roman Vlasov (RUS) - Elvin Mürsəliyev 4:0

1/4 final - Mateusz Lukasz Volni (POL) - Elvin Mürsəliyev 2:7

1/8 final - Elvin Mürsəliyev - Riccardo Vito Abbrescia (İTA) 12:8

87 kq

Bürünc medal görüşü - İslam Abbasov

1/2 final - İslam Abbasov - Bekxan Ozdoev (RUS) 3:4

1/4 final - İslam Abbasov - Viktor Lorincz (HUN) 3:1

1/8 final - İslam Abbasov - Roman Jernovetski (İSR) 9:0

130 kq

1/8 final - Vladislav Voronyi (UKR) - Türmən Eyyubov 3:0

Görüşlər aşağıdakı linklərdən canlı yayımlanacaq.

https://unitedworldwrestling.org/event/european-championships-3

A xalçası

https://livestream.com/unitedworldwrestling/events/8161936

B xalçası

https://livestream.com/unitedworldwrestling/events/8161937

C xalçası

https://livestream.com/unitedworldwrestling/events/8161940

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti