Azərbaycan yığmasının Avropa çempionatı üçün heyəti

27 Aprel 2018 10:24 Güləş 819
Azərbaycan yığmasının Avropa çempionatı üçün heyəti

Rusiyanın Kaspiysk şəhərində keçiriləcək Avropa çempionatı üçün sərbəst güləş üzrə Azərbaycan yığmasının heyəti açıqlanıb.

Sportinfo.az xəbər verir ki, qonşu ölkəyə Georgi Edişeraşvili (57 kq), Mircəlal Həsənzadə (61 kq), Hacı Əliyev (65 kq), Murtuzalı Müslimov (70 kq), Coşqun Əzimov (74 kq) Cəbrayıl Həsənov (79 kq), Aleksandr Qostiyev (86 kq), Şərif Şərifov (92 kq), Nurmaqomed Hacıyev (97 kq) və Camaləddin Məhəmmədov (125 kq) yollanacaq.

Eyni zamanda Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti olan baş məşqçi Firdovsi Umudova məşqçi qismində Zəlimxan Hüseynovla Arif Abdullayev kömək edəcəklər.

Sərbəst güləşçilərin mübarizəsi 4 - 6 mayda keçiriləcək. Hazırda Olimpiya Güləş Mərkəzində İtaliya millisi də Azərbaycan yığması ilə birgə toplanışdadı.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti