Braziliyalı prezident: "Mən Bakını çox sevirəm, yenidən orda olmaq istəyirəm"

9 Aprel 2018 17:24 Güləş 706
Braziliyalı prezident: "Mən Bakını çox sevirəm, yenidən orda olmaq istəyirəm"

"Bu gün burada güclü Azərbaycan komandasını görməkdən məmnunam"

Sportinfo.az Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, bunu ABŞ-ın Ayova şəhərində keçirilən sərbəst güləş üzrə Dünya Kuboku yarışları zamanı Dünya Güləş Birliyi İcraiyyə Komitəsinin üzvü, Braziliya Güləş Federasiyasının prezidenti Pedro Qama Filho deyib.

Azərbaycan Güləş Federasiyası ilə uzun müddətli əməkdaşlıqlarının olduğunu deyən Pedro Qama Filho Bakını çox sevdiyini bildirib:

"AGF dünyanın ən böyük federasiyalarından biridi. Azərbaycanda dəfələrlə təlim-məşq toplanışlarında olmuşuq.

Azərbaycanın paytaxtı Bakı çox gözəl şəhərdi . Mən Bakını çox sevirəm, yenidən orda olmağı çox istəyirəm. Braziliyada keçirilən Olimpiya Oyunları ərəfəsində Azərbaycan Güləş Federasiyası ilə daha sıx əlaqələrimiz oldu.

Oyunlardan əvvəl Azərbaycan komandalarının yerləşməsi və təlim-məşq toplanışında iştirak etməsi üçün lazımi şərait yaratmağa çalışdıq. Federasiyalarımız arasında sıx dostluq münasibəti var. Ümid edirəm ki, uzun illər belə də davam edəcək".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti