“Komandamız çox yaxşı döyüşdü.
Güləşçilərimiz inadla mübarizə apardılar. Azərbaycan yığması ilə görüşün ağır olacağını bilirdik”.
Sportinfo.az xəbər verir ki, bunu ABŞ-ın Ayova şəhərində keçirilən sərbəst güləş üzrə Dünya Kubokunun finalında Azərbaycan millisini 6:4 hesabı ilə məğlub edən ev sahibi komandanın baş məşqçisi Bill Zadik deyib.
45 yaşlı mütəxəssis həlledici görüşün çox çətin keçdiyini bildirib: “Azərbaycanla görüş gözlədiyimiz kimi, çətin oldu. Fikrimcə, bizim uşaqlar çox yaxşı mübarizə apardılar. Onlara görə sevinirəm. Titulu ABŞ-a qaytardıq”.
Azərbaycan millisi əvvəllər 2 dəfə - 2004 və 2009-cu illərdə Dünya Kubokunun sahibi olub. Komanda ötən il isə bürünc medal qazanıb.

