Azərbaycan Dünya Kubokunda Kubanı darmadağın etdi

8 Aprel 2018 09:39 Güləş 850
Azərbaycan Dünya Kubokunda Kubanı darmadağın etdi

Sərbəst güləş üzrə Azərbaycan yığma komandası ABŞ-ın Ayova-Siti şəhərində keçirilən Dünya Kubokunda çıxışlarına uğurla başlayıb.

Sportinfo.az xəbər verir ki, ilk matçda komandamız Kuba millisinə 8:2 hesabı ilə qalib gəlib.

Qrupumuzdakı digər oyunda Monqolustan Qazaxıstandan güclü olub – 6:4. Monqolustanla isə yığmamız bu gün saat 19-da qarşılaşacaq.

Azərbaycan qrupunda birinci yeri tutacağı təqdirdə bazar ertəsinə keçən gecə saat 1-də finalda “A” qrupunun qalibi ilə üz-üzə gələcək.

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 18:10 Çək və bizə göndər!
31 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
31 Oktyabr 04:00 Sevgilisi ilə barışdı