Yeniyetmə güləşçilərimizdən 4 qızıl, 1 gümüş və 3 bürünc

31 Mart 2018 00:40 Güləş 780
Yeniyetmə güləşçilərimizdən 4 qızıl, 1 gümüş və 3 bürünc

Türkiyənin Gəbze şəhərində yeniyetmə güləşçilər arasında 21-ci Zəfər kuboku keçirilir.

Sportinfo.az xəbər verir ki, yarışda ev sahibi ilə yanaşı, Azərbaycan, İran, Gürcüstan, İtaliya, İsveç, Rusiya, Türkmənistan, Qazaxıstan, Macarıstan, Rumıniya, Bolqarıstan, Makedoniya, Argentina, Niderland, Qırğızıstan və Bosniya və Hersoqoviniya komandaları iştirak edirlər.

“Sərbəstlər”in mübarizəsində Əlihəsən Əmirli (48 kq), Əbülfəz Nəsirov (55 kq) və Turan Bayramov (65 kq) bütün rəqiblərini yeniblər.

Yunan-Romaçıların rəqabətində Murad Abbasov (55 kq) və Ruslan Hədisov (65 kq) öz komanda yoldaşları üstələyərək bürünc medal qazanıblar.

Qızlarda Birgül Sultanova (57 kq) 1-ci, Şahanə Nəzərova (43 kq) 2-ci və Sevinc Əhədova (49 kq) 3-cü olublar.

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 18:10 Çək və bizə göndər!
31 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
31 Oktyabr 04:00 Sevgilisi ilə barışdı