"Azərbaycan da birinci yerə iddia edəcək" - RUS BAŞ MƏŞQÇİ

29 Yanvar 2020 12:20 Futzal 842
"Azərbaycan da birinci yerə iddia edəcək" - RUS BAŞ MƏŞQÇİ

"Qrupumuz asan deyil" - Sportinfo.az xəbər verir ki, bu sözlər futzal üzrə Rusiya yığmasının baş məşqçisi Sergey Skoroviçə məxsusdur.

Bu gün Azərbaycan komandası dünya çempionatının elit-raund mərhələsində ilk oyununu keçirəcək. Rusiyalı mütəxəssis qrupda birinci yeri tutaraq pley-off matçları olmadan birbaşa final mərhələsinə vəsiqə qazanmaq istədiklərini açıqlayıb:

"Rusiya da, "Xorvatiya da, Azərbaycan da birinci yerə iddia edəcək. Elə Slovakiya da asan keçiləsi rəqib olmayacaq. Yanvarın 29-da Slovakiya, 30-da Azərbaycan, fevralın 1-də Xorvatiyayla oynayırıq. Bizə azarkeşik edin!".

Xəbər Lenti