Azərbaycan klubunun ÇL oyunlarını kimlər idarə edəcək?

22 Oktyabr 2021 10:00 Futzal 389
Azərbaycan klubunun ÇL oyunlarını kimlər idarə edəcək?

UEFA Çempionlar Liqasının əsas mərhələsində iştirak edəcək “Araz”ın (Naxçıvan) yer aldığı 6-cı qrupun oyunlarını idarə edəcək hakimlər açıqlanıb.

Sportinfo.az xəbər verir ki, bu qrupun oyunlarında Josip Barton (Şimali Makedoniya), Joze Kristiano Kardoso Santos (Portuqaliya), Trayan Ençev (Bolqarıstan) və Deyan Veseliç (Sloveniya) ədaləti təmsil edəcəklər.

Stefan Kammerer (Almaniya) UEFA nümayəndəsi, Patrik Villemark (Belçika) isə hakim-inspektor olacaq.

Uraqan (Ukrayna) – Araz
28 oktyabr. İvano – Frankivsk. 20:00

Araz – Yunayted Qalati (Rumıniya)
29 oktyabr. İvano – Frankivsk. 15:00

Liqeni (Kosovo) – Araz
31 oktyabr. İvano – Frankivsk. 16:00

Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı