“İşimizin öhdəsindən gəlsək də, çox işləməliyik”

15 Aprel 2021 00:42 Futzal 471
“İşimizin öhdəsindən gəlsək də, çox işləməliyik”

Futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Joze Alesio Da Silva Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirilmiş Yunanıstan oyunu şərh edib.

Sportinfo.az xəbər verir ki, braziliyalı mütəxəssis 4:0 hesabıyla qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Qələbə və final mərhələsinə vəsiqə qazanmağımız münasibəti ilə komandamı təbrik edirəm. Təxminən iki aydan bir qədər artıq idi ki, məşq edir, oyunlar keçirirdik.

Komanda indi-indi mən istəyən oyunu göstərməyə başlamışdı. Əlbəttə, mövcud çətin vəziyyətdə bizə kömək etdiyinə görə AFFA və futzal federasiyasının rəhbərliyinə təşəkkür edirəm. Uzun fasilədən sonra biz ağır məşqlər keçdik, tədricən toparlanmağa başladıq.

İşimizin öhdəsindən gəlsək də, çox işləməliyik. Avropa çempionatının final mərhələsi çox çətin keçəcək. Ora daha güclü komandalar vəsiqə qazanıb. Ümid edirəm ki, pandemiya tezliklə başa çatacaq və rahat şəkildə məşqlər edəcəyik”.

Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!