“Qarabağ” 1,5 milyonluq təklifi geri çevirdi – SON DƏQİQƏ

20 Yanvar 13:00 Qarabağ 7 721
“Qarabağ” 1,5 milyonluq təklifi geri çevirdi – SON DƏQİQƏ

Leandro Andradeyə elçi düşən “Rubin“in “Qarabağ“a nə qədər təzminat ödəməyə hazır olduğu dəqiqləşib.

Rusiya klubu yarımmüdafiəçinin transferi üçün 1,5 milyon avro təklif edib.

“Köhlən atlılar“ Kazan təmsilçisinin çağırışına mənfi reaksiya göstərib. 24 yaşlı legioneri satmağa hazırlaşmadıqları barədə qarşı tərəfi məlumatlandırıblar.

Danışıqlarda son durum… -

Müqavilə ilə 2025-ci ilin yayına qədər “Qarabağ”a məxsus olan kabo-verdeliyə daha öncə Çinin Superliqa təmsilçisi "Şanxay Şenxua"nın dəvət göndərməsini xatırladaq.

Afrikalı 2022-ci ilin yayından “Qarabağ”da oynayır. O, bu mövsüm “Qarabağ”la bütün turnirlərdə 33 oyunda meydana çıxıb, 10 qol vurub, 9 qolun isə ötürməsini verib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"