"Qarabağ"ın 4 dəqiqə gecikməsinin bədəli

27 Fevral 2019 08:36 Əvəzedicilər 1 048
"Qarabağ"ın 4 dəqiqə gecikməsinin bədəli

AFFA İntizam Komitəsi növbəti iclasında I Divizionda çıxış edən klubların yol verdikləri səhvlərə görə cəzalarını açıqlayıb.

Sportinfo.az xəbər verir ki, XVI turda “Şüvəlan” – “Qarabağ-2” matçının ikinci hissəsi qonaq komandanın yubanması səbəbindən 4 dəqiqə gec başlayıb.

Bu səbəbdən, Ağdam təmsilçisi 80 manat cərimələnib. Həmin tur “Neftç-2” ilə ev oyununda lazimi inventarlar olmadığından, "Turan Tovuz"a 160 manatlıq cərimə kəsilib.

“Qaradağ Lökbatan” komandası “Sabah -2” ilə səfər qarşılaşmasında ilkin protokolu gec təqdim edib. Bu səbəbdən, klub 80 manat məbləğində cəzalandırılıb.

“Kəpəz” – “Zaqatala” matçından əvvəl iclasda qonaq komandanın nümayəndəsi iştirak etməyib. Bu səbəbdən, “Zaqatala” klubu 80 manat cərimələnib.

Digər Xəbərlər
Xəbər Lenti
10 İyul 16:10 Çək və bizə göndər!