Əvvəlcə, «Qəbələ», indi də «Qarabağ» uğursuzluğa düçar olur.
Hərçənd mövsümün açılış oyunundan sonra «Qarabağ»ın oyun planında nisbətən irəliləyişə nail olması ümidi oyanmışdı.
Bu tempin davam etməməsi məhz oyunçuların amplualarına görə alınaraq, potensial uyğunlaşma imkanlarına göz yumulmasıdı.
Bu səbəbdən İnnosent Emeqara fəal olsa da, hələ də faydalı iş əmsalı çox aşağıdır Simeon Slavçev isə sanki dənizdə tənha gəmidir. Con Delarjın nəyi harda axtardığı bilinmir və s. Bu isə sırf məşqçi korpusunun natamam işinin məhsuludu.
BATE ilə görüşlərdə «Qarabağ» çox aciz göründü. Hərçənd hər iki oyun da göstərdi ki, rəqibdən zəif deyil.
Bəzi məqamlarda hətta üstündü də. Lakin meydanda sanki uduzmuş deyil, 1 top fərqilə qalib gəlmiş «Qarabağ» var idi.
Qəribə təzadla Belarus çempiounu istədiklərini asanlıqla gerçəyə çevirdi. Buna tək heyətin yeni yığılması səbəb göstərilə bilməz. Məsələ daha dərindi - məşqçi korpusunun da buraxdığı səhvlər iki oyunun cəminə görə acınacaqlı məğlubiyyətdə az rol oynamadı.
İlk oyunun səhvlərindən səfərdə nəticə çıxıralmadısa, daha bir problemdən söz aça bilərik. Açığı, əvvəlki illərdə də bu məsələni dəfələrlə qabartmışıq: rəqiblər ciddi təhlil edilmir.
Amma bu il hətta ən zəifi belə, «Qarabağ»ı çözə bilmişdi. Qurban Qurbanovun özünün ətrafında hər oyunu çözə biləcək mütəxəssis komandası formalaşmayıb.
Məşqçilər yerində və tamam-kamal olmayanda, nəticələr də alayarımçıq olur. Təhlil gücü üçün bu komandanın Qərb futbolundan köməkçi kimi sanballı olan məşqçiyə kəskin ehtiyacı var.
İndi gücsüzlük konkret oyunlarda özünü büruzə verir. Bunu da əvvəldən gün kimi görmək çətinlik törətmir: rəqiblər «Qarabağ»ın illərdi formalaşmış oyununu görür və buna hazırlaşırlar.
Çünki Avropa arenasında əldə olunan uğurlar son illəirn əvəzedilməz Azərbaycan çempiounun ciddi qəbul olunmasını təmin edib.
BATI YAR

