Bizim adam “Fənərbağça"nın oyununda

21 Noyabr 2024 04:00 Voleybol 1 240
Bizim adam “Fənərbağça"nın oyununda

Azərbaycanın beynəlxalq dərəcəli voleybol hakimi Eldar Zülfüqarov bu gün kişilər arasında Çempionlar Liqasının oyununu idarə edəcək.

Sportinfo.az xəbər verir ki Türkiyədə yerli "Fənərbağça" və İtaliyanın "Montsa" komandaları arasında keçiriləcək matçda ikinci hakim funksiyasını yerinə yetirəcək.

AVF-nin Kommunikasiya şöbəsinin koordinatoru Nərgiz İsmayılova da bu gün kişilər arasında Çempionlar Liqasının oyununda iş başında olacaq.

O, "Levski" (Bolqarıstan) - "Lüneburq" (Almaniya) duelində hakimlərin işinə qiymət verəcək. Həmin qarşılaşma saat 22:00-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
25 Yanvar 20:00 Çək və bizə göndər!