Ronaldo milyonlarla pulu buradan qazanır - “Qızıl onluq”

8 İyul 2020 23:00 Dünya futbolu 2 846
Ronaldo milyonlarla pulu buradan qazanır - “Qızıl onluq”

Sosial şəbəkə paylaşımından ən çox gəlir əldə edən məşhurların siyahısı bəlli olub.

Sportinfo.az xəbər verir ki, "İnstaqram"dan ən çox qazanan məşhurlar siyahısında zirvədə keçmiş Amerika güləşçisi Dvayn Conson qərar tutub.

İdmançı bir paylaşımından 1 milyon dollar gəlir əldə edir. Filmlərə çəkilməkdən əlavə idman markası ilə iş birliyi edən D.Conson gəliri ilə Kristiano Ronaldo və Kayli Cenneri də geridə qoymağı bacarıb.

Beləliklə, "İnstagram"dan ən çox gəlir əldə edən 10 məşhuru təqdim edirik:

Dvayn Conson - 187.300.000 izləyici, 1.1015.000 dollar

Kayli Cenner - 181.500.000 izləyici, 986.000 dollar

Kristiano Ronaldo - 224.800.000 izləyici, 889.000 dollar

Kim Kardaşyan - 175.700.000 izləyici, 858.000 dollar

Ariana Qrand - 191.100.000 izləyici, 853.000 dollar

Selena Qomez - 180.300.000 izləyici, 848.000 dollar

Beyons - 148.700.000 izləyici, 770.000 dollar

Castin Biber - 139.300.000 izləyici, 747.000 dollar

Teylor Svift - 135.000.000 izləyici, 722.000 dollar

Futbolçu Neymar - 139.300.000 izləyici, 704.000 dollar

Digər Xəbərlər
Xəbər Lenti