Yeni mövsümün başlayacağı vaxt açıqlandı - Çində

2 İyul 2020 11:20 Dünya futbolu 565
Yeni mövsümün başlayacağı vaxt açıqlandı - Çində

Çin Super Liqas;n;n başlayacağı tarix müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, Çin Futbol Assosiasiyası mövsümün iyulun 25-də başlayacağını açıqlayıb.

Mövsümün startı fevralın 22-ə təyin edilsə də, koronavirus pandemiyası səbəbindən qeyri-müəyyən müddətədək təxirə salınmışdı.

Bütün çempionat matçları azarkeşsiz keçiriləcək. 16 komanda iki qrupa bölünəcək, hər qrupdan ən yaxşı 4 komanda pley-offa çıxacaq. Sonuncu yerləri tutanlar isə liqada qalmaq üçün bir-biriləri ilə oynayacaqlar.

Digər Xəbərlər
Xəbər Lenti