"Azərbaycana uçmaq istəyim yoxdu"

13 Noyabr 2019 13:20 Dünya futbolu 506
"Azərbaycana uçmaq istəyim yoxdu"

Avstriya milli komandasının hücumçusu Marko Arnautoviç yığma karyerasını bitirəcəyini deyib.

Sportinfo.az "Spox"a istinadən xəbər verir ki, Çində "Şanxay SİPG" klubunda çıxış edən 30 yaşlı forvard DÇ-2022-dən sonra millidə çıxış etməyəcəyini bildirib. Aranautoviç bunu uzaq səfərlərə getmək istəməməsi ilə izah edib:

“Arzum DÇ-2022-də oynamaqdır. Həmin vaxt 33 yaşım olacaq və yığma karyeramı başa vuracam. Sonuncu səfər zamanı 11 saat 20 dəqiqə uçuşda olduq. Bunun 10 saatını yatdım. Yenə Qazaxıstan, Azərbaycan və ya Farer adalarına uçmaq istəyim yoxdur”.

2008-ci ildən Avstriya yığmasında çıxış edən forvard 84 oyunda 26 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti