Mübariz Mənsimov "Xəzər Lənkəran"ı həqiqətən bərpa edir, yoxsa..?

13 İyul 2024 16:00 Dünya futbolu 4 279
Mübariz Mənsimov "Xəzər Lənkəran"ı həqiqətən bərpa edir, yoxsa..?

«Xəzər Lənkəran»ı n ölkə çempionatına qayıdışı hələ də sual altındadır.

Bu barədə AFFA-dan redaksiyamıza bildirilib.

Federasiyadan verilən məlumata görə, cənub klubu qurumun bayrağı altında keçirilən hər hansı yarışda iştirakla bağlı onlara müraciət ünvanlamayıb. Amma belə bir istək odarsa, dəyərləndiriləcək və müvafiq açıqlama veriləcək.

«Xəzər Lənkəran» 2016-cı ilin yayında fəaliyyətini dayandırıb.

«Ağ-yaşıllar»ın təsisçisi Mübariz Mənsimov istər həmin vaxt, istərsə də ondan sonra mətbuata açıqlamalarında dönə-dönə qeyd edib ki, klubun futbol səhnəsinə dönüşü AFFA rəhbərliyinin dəyişməsindən asılıdır.

Başqa sözlə, Türkiyədə yaşayan iş adamı Rövnəq Abdullayevin federasiyadan getməsini gözləməsinə işarə vururdu.

Gəmiçilik sektorunda tanınan biznesmenin dediyi tarix 2 arpelində gerçəkləşdi. Rövnəq Abdullayev 2008-ci ildən başında dayandığı AFFA-nı tərk etdi, yerinə Rövşən Nəcəf gəldi.

Amma «Xəzər Lənkəran»ın sahibi aradan keçən 4 aya yaxın müddətdə heç bir real addım atmayıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi