“Messi Peledən üstündür, bu barədə heç bir şübhəm yoxdur” – Ölkə prezidenti

13 İyul 2024 15:40 Dünya futbolu 692
“Messi Peledən üstündür, bu barədə heç bir şübhəm yoxdur” – Ölkə prezidenti

Argentinanın prezidenti Xavyer Mayli 2024-cü il Amerika kubokunun final matçı öncəsi millinin hücumçusu Lionel Messi haqda danışıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkə rəhbəri, Messinin Peledən üstün olduğunu bildirib:

“Mən Leonu görmək istəyirəm? O, tarixin ən yaxşı futbolçusudur.

Messi Peledən üstündür. Bu barədə heç bir şübhəm yoxdur.

Onu öz iqamətgahımda qəbul etmək mənim üçün şərəf olardı”.

Argentina Kolumbiya millisi ilə oynayacağı Amerika kubokunun finalına yüksəlib. Qarşılaşma iyulun 14-dən 15-nə keçən gecə baş tutacaq.

Lionel Skaloninin yetirmələri turnirin hazırkı qalibi və dünya çempionlarıdır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
4 Fevral 18:10 Çək və bizə göndər!