"Real Madrid"dən Mbappe ilə bağlı SON MƏLUMAT

18:40 Dünya futbolu 98
"Real Madrid"dən Mbappe ilə bağlı SON MƏLUMAT

Real"ın zədəli futbolçusu Kilian Mbappenin durumuna aydınlıq gəlib.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Daha əvvəl Mbappenin mövsümün qalan hissəsində meydanlardan kənarda qala biləcəyi yazılmışdı. Hücumçu İspaniya çempionatının 32-ci turunda "Betis"ə qarşı (1:1) matçın 81-ci dəqiqəsində əvəzlənib.

Klubun açıqlamasında isə deyilir: "Bu gün tibbi xidmətimiz tərəfindən aparılan müayinənin nəticələrinə əsasən, oyunçumuz Kilian Mbappeyə sol ayaqda yarımtendon zədəsi diaqnozu qoyulub. Onun vəziyyəti dinamik şəkildə izləniləcək".

Bu mövsüm 27 yaşlı Kilian Mbappe İspaniya liqasında 28 oyun keçirib, 24 qol vurub və dörd məhsuldar ötürmə edib. O, həmçinin Çempionlar Liqasında 11 oyun, 15 qol və bir məhsuldar ötürmə ilə yadda qalıb

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti