Bu 3 oyunçudan birinin “qızıl top”u qazanacağını düşünür

15:40 Dünya futbolu 100
Bu 3 oyunçudan birinin “qızıl top”u qazanacağını düşünür

“Bayern”in sabiq futbolçusu Ditmar Hamann “qızıl top” mübarizəsi ilə bağlı fikirlərini bölüşüb və əsas favoritlərin adını çəkib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bu mükafat uğrunda Kilian Mbappe (“Real”), Mikael Olise (“Bayern”) və Osman Dembelenin (PSJ) ciddi rəqabət aparacaqlarını söyləyib:

“Olise həmyerlisi Dembele ilə rəqabət aparır. Biri dünyanın hazırkı ən yaxşı oyunçusu, digəri isə UEFA Çempionlar Liqasının ən yaxşılarındadır.

Olise daim müdafiəçiləri təkbətəkdə keçir, demək olar ki, yorulmur və sanki tərləmir. O, dayandırılması çətin olan fenomendir.

Dembele “Liverpul”a qarşı oyunda PSJ-ni yarımfinala daşıdı. Mbappe isə “Real”da, turnirdən kənarda qalsalar da, “Bayern”ə qarşı oyunda səviyyəsini göstərdi və hazırda dünyanın ən yaxşı hücumçularından biridir. Fransa millisini dünya çempionluğuna daşısa, “qızıl top”u da qazana bilər.

Düşünürəm ki, bu üç fransalı futbolçu mübarizəni müəyyən edəcək. Hər şey Çempionlar Liqası və dünya çempionatında baş verəcək hadisələrdən asılıdır”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti