Sergey Rebrov Ukrayna millisinin baş məşqçisi postundan istefa verib.
Sportinfo.az Ukrayna Futbol Assosiasiyasına (UFA) istinadən xəbər verir ki, tərəflər əməkdaşlığa xitam verilməsi barədə qarşılıqlı razılığa gəliblər.
Qurumun yaydığı məlumata görə, Rebrov 2023-cü ildə komandanı çətin pley-off mərhələsindən keçirərək Avropa çempionatına çıxarmağı bacarıb. Amma yığmanın dünya çempionatına vəsiqə qazana bilməməsi ayrılığa səbəb olub.
UFA prezidenti Andrey Şevçenko mütəxəssisə gənc futbolçuların inkişafındakı töhfələrinə görə minnətdarlığını bildirib və qeyd edib ki, hazırda komanda üçün yeni qərarların qəbul edilməsi vaxtıdır.
Rebrov UFA-da vitse-prezident və İcraiyyə Komitəsinin üzvü kimi fəaliyyətini davam etdirəcək. Yığmanın yeni baş məşqçisi hələlik müəyyənləşməyib.

