Baş məşqçini postunda saxlamaq məsələsi - Nə qərar versinlər?

10:40 Qəbələ 299
Baş məşqçini postunda saxlamaq məsələsi - Nə qərar versinlər?

Çempioqluş uğrunda mübarizə aparan «Sabah»la məqsədi Premyer Liqada qalmaq olan «Qəbələ»nin ən oxşar və ən fərqli cəhətini deyim?

«Sabah» da, «Qəbələ» də mövsümün ən çox qol epizodu yaradan komandalarıdır.

«Sabah»ın özəlliyi ondadır ki, əldə etdiyi fürsətlərin 90 faizindən səmərəli yararlanır.

«Qəbələ»də isə bu göstərici heç 10 faizə çatmır. Odur ki, Kaxaber Sxadadzenin komandasından giley-güzarı kəsilmir. Hər həftə kimdənsə, nədənsə şikayətlənir.

İyirmi doqquzuncu tur da istisna olmadı. «Qəbələ» doğma rayonda qəbul etdiyi «Araz-Naxçıvan»a elə qollar vura bilərdi, amma elə qollar vura bilmədi ki… sadəcə, dəhşət!

«İnanılmazdır» söyləmirəm.

Ta keçib ondan! Qış fasiləsindən sonra 5 yeni oyunçu alasan, «komandanı xeyli gücləndirdik» tipli açıqlamalar verəsən və mövsümün yekunlaşmasına 4 həftə qalmış yenə turnir cədvəlinin 11-ci pilləsindən yuxarı qalxa bilməyəsən… Paradoksallıq fışqırır e!

«Qəbələ» baxımlı, sürətli və taktiki cəhətdən ağıllı oynayır. Bu, baş məşqçinin əməyidir.

«Qəbələ» bu qədər üstün tərəflərinə rəğmən, qol yollarında qısır təsir bağışlayırsa, deməli, bu da baş məşqçinin passivinə yazılmalıdır.

Kommunikasiyanı vaxtında düzgün qurmadığından, futbolçuların özgüvəni palçığa bulaşıb, orada itib.

O üzdən, klub rəhbərliyi Kaxanın qalıb-qalmamaq məsələsinə mütləq baxmalıdır. Maydan gec olmayaraq.

11-ci yerdən yuxarı qalxsalar da, qalxmasalar da.

Yaxud pley-off oynayaraq, liqada qalsalar da, qalmasalar da.

ELXAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 20:00 Çək və bizə göndər!