Yayda 12 futbolçu ilə vidalaşmağı planlaşdırır - Premyer Liqa nəhəngi

21:40 İngiltərə 105
Yayda 12 futbolçu ilə vidalaşmağı planlaşdırır - Premyer Liqa nəhəngi

“Mançester Yunayted” heyətində geniş dəyişikliklər planlaşdırır.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, klub rəhbərliyi əməkhaqqı yükünü azaltmaq və komandanı yenidən qurmaq üçün bir sıra futbolçularla yolları ayırmaq istəyir.

Yarımmüdafiəçi Kazemironun bu yay sərbəst agent kimi komandadan gedəcəyi dəqiqdir.

Bundan başqa, Markus Reşford, Rasmus Hoylund, Ceydon Sanço, Tayrell Malasiya, Andre Onana, Altay Bayındır, Radek Vitek, Manuel Uqarte, Tayler Frederikson, Tobbi Kollier və Den Qor kimi futbolçuların da gələcəyi sual altındadır.

“Mançester Yunayted” hazırda Premyer Liqanın turnir cədvəlində 3-cü pillədə qərarlaşıb və növbəti oyununu evdə “Brentford”a qarşı keçirəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti