"Futbolda belə enişli-yoxuşlu günlər olur, amma bizə xoş olmadı"

26 Aprel 22:30 Müsahibə 164
"Futbolda belə enişli-yoxuşlu günlər olur, amma bizə xoş olmadı"

"İmişli"nin qapıçısı Hüseynəli Quliyev Premyer Liqanın 29-cu turunda "Sumqayıt"a məğlub olduqları (0:2) görüşdən sonra Sportinfo.az-a müsahibə verib.

- Oyun barədə nələr deyə bilərsən?

- Hər iki komanda son oyunda qələbə qazanmışdı. Motivasiya yüksək idi. Qalib gəlmək istəyirdik. Düzdü, meydan bir az yaxşı deyildi. Son iki görüşdə daha yaxşı çıxış etmişdik. Buraxdığımız birinci qol gözlənilməz oldu. İkinci yarı imkanlarımızı dəyərləndirə bilmədik. Futbolda belə şeylər olur. Bizim üçün yaxşı olmadı.

- Ötən turdan demək olar hədəfinizə çatmısınız. Bu məqam oyunlara köklənməyə problem yaratmır?

- Motivasiya azlığı olduğunu düşünmürəm. Çünki futbolçu üçün qələbə hər zaman şirindir. Əsas prioritet qələbə idi, amma alınmadı.

- Qaytardığın penal barədə nələr deyə bilərsən?

- Penal 50/50-yə, bəlkə də 70/30-a olan bir şeydir. Allahın köməyi ilə zərbəni qaytara bildim.

- Komandaya əsas qapıçı kimi cəlb olunsan da Andrey Sinenkaya rəqabətdə uduzdun. Mövsümü ehtiyat oyunçular skamiyasında keçirmək çətin olmadı?

- Peşəkar futbolçu üçün belə şeylər olur və normaldır. Dünya futbolunda bunun örnəyi çoxdur. Sinenka yaxşı performans sərgilədi. Mən də öz zamanımı, şansımı gözlədim. Qələbələrimiz oldu. Futbolda belə enişli-yoxuşlu günlər olur.

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 20:00 Çək və bizə göndər!