“Bu ölkənin pasportunu dünya çempionatına getmək üçün almamışam”

12:00 Dünya futbolu 109
“Bu ölkənin pasportunu dünya çempionatına getmək üçün almamışam”

“Bodo Qlimt”in qapıçısı Nikita Xaykin Norveç vətəndaşlığı alması və milli komanda seçimi ilə bağlı fikirlərini bölüşüb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, aprelin 10-da Norveç pasportu alan qolkiper, bu qərarın DÇ-2026 ilə birbaşa əlaqəsinin olmadığını bildirib:

“Norveç millisinin məşqçiləri məni komandada görmək istəyirlər, bu, sirr deyil. Amma pasportu dünya çempionatı üçün almamışam. İki il əvvəl norveçlilərin mundiala çıxacağını bilmirdim”.

O, əlavə edib ki, hazırda idman vətəndaşlığı baxımından hələ də Rusiya ilə bağlıdır və həm Norveç çempionatında, həm də avrokuboklarda rus qapıçı kimi çıxış edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti