«Turan Tovuz» PFK-nın İdarə Heyətinin sədri Ehtiram Quliyev qadın voleybolçulara mükafat verib.
Bilindiyi kimi, bugünlərdə Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində qadın voleybolçuların Yüksək Liqasında final oyunu keçirilib.
Həlledici oyunda “Turan” və “DH Volley” üz-üzə gəlib. Gərgin idman mübarizəsi ilə yadda qalan matç "Turan"ın qələbəsi ilə yekunlaşıb.
İlk hissədə "DH Volley" 10 xal fərqlə (25:15) qalib gəlsə də, ardıcıl iki setdə üstün olan "Turan" hesabda önə çıxıb: 25:21 və 25:19.
Matçın dördüncü seti isə başabaş mübarizə şəraitində keçib. Setin sonlarında daha dəqiq oynayan Tovuz komandası hissəni öz xeyrinə başa vurub: 25:23.
Bununla da, ümumi hesabda 3:1 hesabı ilə qalib gələn "Turan" Yüksək Liqanın çempionu olub.
Yüksək Liqanın bürünc mükafatçısı "Milli Aviasiya Akademiyası"na 3:0 (18:25, 21:25, 21:25) hesabı ilə qalib gələn "Gəncə" komandası olub.
E.Quliyev final mücadiləsini canlı izləyib. Dostlarının maliyyələşdirdiyi "Turan"ı dəstəkləməyə gələn tikinti maqnatı əlini cibinə salmağa xəsislik etməyib.
Onun komandaya 20 min manatdan artıq mükafat verdiyi bildirilir.
SPORTİNFO.AZ


