Çalışdırmaq istədiyi klubu seçdi - Bu, “Real” deyil

20 Aprel 21:40 Dünya futbolu 2 053
Çalışdırmaq istədiyi klubu seçdi - Bu, “Real” deyil

Son həftələr və aylarda Yurgen Kloppun adı “Real”la əlaqələndirilir.

Bu, təəccüblü deyil: şayiələrə görə, Madrid klubu bu yay baş məşqçini dəyişmək qərarına gələrsə, “sükan”ı təcrübəli və özünü sübut etmiş yüksək səviyyəli mütəxəssisə etibar edəcək.

Sportinfo.az xəbər verir ki, AS-ın məlumatına görə, şayiələrə baxmayaraq, Klopp “Real”da işləmək istəmir. Mənbənin məlumatına görə, onun məqsədi Almaniya milli komandasının baş məşqçisi olmaqdır.

Julian Naqelsmann hazırda Almaniya millisini çalışdırır və komandanı 2026-cı il dünya çempionatına hazırlayır. DÇ-2026-dan sonra Almaniya millisinin baş məşqçisi dəyişərsə, Klopp bu fürsətdən istifadə edə bilər.

AS-ın yaydığı xəbərdə vurğulanır ki, alman mütəxəssis ən azı növbəti mövsüm “Real”ı çalışdırmayacaq.

Klopp təxminən bir il yarımdır ki, “Red Bull” futbol sistemində çalışır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 İyun 17:30 Çək və bizə göndər!
23 İyun 10:20 Neymar geri qayıtdı