"Barselona"nın ulduzu sıradan çıxdı - 5 həftə olmayacaq

10:40 Dünya futbolu 80
"Barselona"nın ulduzu sıradan çıxdı - 5 həftə olmayacaq

Rafinya bir aydan çox müddətə sıradan çıxıb.

Sportinfo.az xəbər verir ki, "Barselona" vingeri Braziliya millisində olarkən budun arxa əzələsindən zədə alıb və klub artıq onun təxminən 5 həftə oynaya bilməyəcəyini açıqlayıb.

Bu səbəbdən o, "Atletiko"ya qarşı 3 oyunu (2-si Çempionlar Liqası, 1-i La Liqa), "Espanyol" ilə derbini, "Selta" və "Xetafe" ilə matçları buraxacaq.

Qeyd edək ki, braziliyalı futbolçunun mayın əvvəlində "Osasuna" ilə oyuna hazır ola biləcəyi ehtimal olunur.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti