Braziliya və Fransa milliləri yoldaşlıq oyununda üz-üzə gəlib.
Sportinfo.az xəbər verir ki, oyun ABŞ-n Foksboro şəhərindəki "Gillette Stadium" stadionunda keçirilib.
Qarşılaşma fransızların qələbəsi ilə başa çatıb – 2:1.
Matçın 55-ci dəqiqəsində Dayot Upamekano qırmızı vərəqə alaraq komandasını azlıqda qoysa da, "sambaçılar" bu say üstünlüyündən yararlana bilməyiblər.
Braziliya - Fransa 1:2
Qollar:Mbappe, 32 (0:1, Etikite, 65 (0:2), Bremer, 78 (1:2)
Qırmızı vərəqə: Dayot Upamekano, 55 (Fransa)

