Argentinalı hücumçuya yeni müqavilə təklif olunacaq - Paytaxt təmsilçisi tərəfindən

21:15 Voleybol 74
Argentinalı hücumçuya yeni müqavilə təklif olunacaq - Paytaxt təmsilçisi tərəfindən

“Atletiko” hücumçusu Xulian Alvareslə yollarını ayırmaq niyyətində deyil.

Argentinalı forvardla uzun müddətdir maraqlanan “Barselona” onu artıq qarşıdakı yay transfer pəncərəsində heyətinə qatmaq istəyir.

Ancaq Madrid təmsilçisi bu transferin qarşısını almaq üçün ciddi addımlar atmağa hazırlaşır.

Sportinfo.az “Marca”-ya istinadən xəbər verir ki, “Atletiko” rəhbərliyi Alvaresi komandada saxlamaq məqsədilə ona yeni müqavilə və əhəmiyyətli maaş artımı təklif etməyi planlaşdırır.

Yeni sözləşmə imzalanacağı halda, 26 yaşlı hücumçu illik təxminən 10 milyon avro qazanacaq.

Bu isə onu komandanın ən çox qazanan futbolçularından birinə çevirəcək və o, maaş baxımından komandanın qapıçısı Yan Oblakla eyni səviyyədə olacaq.

Hazırda tərəflər arasında danışıqlar hələ başlamayıb. Bununla belə, futbolçunun klubun planlarından artıq xəbərdar olduğu bildirilir. Alvaresin “Atletiko” ilə hazırkı müqaviləsinin müddəti 2030-cu ilə qədərdir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti