
Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç 40 yaşlı yarımmüdafiəçi Luka Modriçin səviyyəsini yüksək qiymətləndirib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, xorvat çalışdırıcı, Modriçin möhtəşəm futbol nümayiş etdirdiyini bildirib:
“Luka hələ də sübut edir ki, yaş artdıqca oyunu daha da yaxşılaşır. Modriç möhtəşəm futbol nümayiş etdirir.
O, unikal oyunçudur və Xorvatiya millisini dünya çempionatına çıxarmaq istəyir. Biz ABŞ-da yaxşı nəticə qazanmaq niyyətindəyik”.
Xorvatiya millisi dünya çempionatının seçmə oyununda Monteneqro yığmasını 4:0 hesabı ilə məğlub edib.