Messi millinin son ev oyununda göz yaşlarını saxlaya bilmədi - VİDEO

6 Sentyabr 2025 00:20 Dünya futbolu 559
Messi millinin son ev oyununda göz yaşlarını saxlaya bilmədi - VİDEO

Hazırda “İnter Mayami”nin formasını geyinən Lionel Messi Argentina millisinin heyətində son ev oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, o, DÇ-2026-nın seçmə mərhələsinin 17-ci turunda Venesuela ilə matçda iştirak edib.

Argentina millisinin 3 qolundan 2-ni kapitan Messi vurub. Azarkeşlər 38 yaşlı hücumçunun şərəfinə “Hər şey üçün çox sağ ol, mənim kapitanım” pankartını açıblar. Messi isə göz yaşlarını saxlaya bilməyib.

Lionel Messi 2005-ci ildən Argentina millisinin üzvüdür. Onun DÇ-2026-dan sonra milli karyerasını başa vuracağı gözlənilir.

Sözügedən görüntüləri təqdim edirik:

Digər Xəbərlər
Xəbər Lenti
30 Avqust 20:00 Çək və bizə göndər!
30 Avqust 01:00 "Komandam pis deyildi"