Bundan sonra daha 10 il oynamaq istəyir - Kriştiano Ronaldo

12:00 Dünya futbolu 93
Bundan sonra daha 10 il oynamaq istəyir - Kriştiano Ronaldo

“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo daha 10 il futbol oynayacağını bildirib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı futbolçu bunu “Vhoop” şirkəti tərəfindən yayımlanan podkast zamanı deyib:

“Hər şeyin belə yaxşı getdiyinə inana bilmirəm… Bu o deməkdir ki, mən daha 10 il futbol oynayacam”.

Ronaldonun fizioloji məlumatları – ürək dərəcəsi, ürək dərəcəsinin dəyişkənliyi və başqa göstəriciləri ölçülüb, onun iş yükü, bərpası və yuxusu haqqında məlumat verilib.

Şirkət bu fitnes qolbağının 140-dan çox parametrə nəzarət etməyə imkan verən peşəkar səviyyəli texnologiya olduğunu iddia edib.

Digər Xəbərlər
Xəbər Lenti