“Messi ilə mən tarix yazmışıq, indi növbə onundur”

21 May 22:00 Dünya futbolu 153
“Messi ilə mən tarix yazmışıq, indi növbə onundur”

“Barselona”nın sabiq futbolçusu Ronaldinyo komandanın hücumçusu Lamin Yamalın çıxışı ilə bağlı fikirlərini bölüşüb.

Sportinfo.az “Marca”-ya istinadən xəbər verir ki, o, ispaniyalı futbolçunun istedadını yüksək qiymətləndirib:

“Lionel Messi ilə mən artıq tarix yazmışıq, indi eyni şeyi etmək növbəsi Lamin Yamalındır.

Yaşına baxmayaraq, onun artıq nümayiş etdirdiyi şey inanılmazdır. Onun böyük istedadı var. Mən belə oyunçulara baxmağı xoşlayıram”.

17 yaşlı forvard bu mövsüm bütün turnirlərdə 54 matçda iştirak edib, 18 qol vurub və 25 məhsuldar ötürmə verib. O, gənc yaşında artıq ikinci dəfə İspaniya çempionu olub.

Digər Xəbərlər
Xəbər Lenti