Teatrda keçiriləcək təqdimetmə mərasiminin vaxtı açıqlandı - “Qızıl top”un

20 May 2025 12:20 Dünya futbolu 516
Teatrda keçiriləcək təqdimetmə mərasiminin vaxtı açıqlandı - “Qızıl top”un

2024/2025 mövsümü üçün 69-cu “Qızıl top” mükafatının təqdimetmə mərasiminin tarixi açıqlanıb.

Sportinfo.az xəbər verir ki, bu haqda mükafatın mətbuat xidməti “X” sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.

Bildirilib ki, mərasim sentyabrın 22-də, Fransanın paytaxtı Parisdə yerləşən “Şatle” teatrında keçiriləcək.

KİV-in məlumatına görə, nominasiyada qələbəyə əsas namizədlər Rafinya Rafael Diaz Belloli (“Barselona”), Usman Dembele (PSJ), Lamin Yamal (“Barselona”), Pedri (“Barselona”) və Məhəmməd Salahdır (“Liverpul”).

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
11 İyul 16:50 Çək və bizə göndər!