
“Ayaks” sabiq çalışdırıcısı Erik ten Haqı baş məşqçi postuna qaytarmağı düşünür.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Amsterdam klubu Françesko Fariolinin komandanı tərk etmək qərarından sonra niderlandlı mütəxəssisi dəvət etməyi ciddi şəkildə nəzərdən keçirir.
Komanda ölkə çempionatının son günündə Erediviziya çempionluğunu PSV-yə uduzduqdan sonra italiyalı mütəxəssis Farioli istefa verib.
Ten Haq 2017-2022-ci illərdə “Ayaks”a rəhbərlik edib. Komanda onun vaxtında 6 kubok qazanaraq, iki dəfə çempion olub.
Amsterdamlılar “Mançester Yunayted”in keçmiş baş məşqçisi ilə yanaşı, daha bir mütəxəssis – “Go Ahed İgls”dan Pol Simonisi də nəzərdən keçirir.
Ten Haq həmçinin, Leverkuzen “Bayer”inin də namizədlər siyahısındadır.