Baş direktor vəzifəsini tərk edəcək - Avqustun 1-dən sonra

30 May 2023 18:40 Dünya futbolu 358
Baş direktor vəzifəsini tərk edəcək - Avqustun 1-dən sonra

“Ayaks”ın baş direktoru Edvin van der Sar tutduğu vəzifəni tərk edir.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Van der Sar iyunun 1-də postunu klubun idarə heyətinin üzvlərinə təhvil verəcək.

Klubun müşahidə şurası ondan avqustun 1-dək vəzifəsində qalmasını istəyib.

Van der Sar 2012-ci ilin noyabrından “Ayaks”ın direktorlar şurasındadır. Niderland millisinin sabiq qapıçısı 2016-cı ilin noyabrından klubun baş direktoru olub. Onun “Ayaks”la müqaviləsi 2025-ci ilin iyununa kimi hesablanıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"