
“Portu”nun baş məşqçisi Serjio Konseysao klubu tərk edə bilər.
Sportinfo.az xəbər verir ki, o, klub prezidenti Pinto da Kostanın cari mövsümdə komandaya kifayət qədər sərmayə qoyduğunu iddia etməsindən sonra postundan ayrılmağı düşünür.
Konseysao 2017-ci ildən Portuqaliya təmsilçisini çalışdırır. Onun rəhbərliyi altında komanda 316 görüş keçirib, 228 qələbə qazanıb, 44 dəfə “sülh”ə razılaşıb və eyni sayda məğlubiyyət yaşayıb.