
"Everton"un yeni təyin edilmiş baş məşqçisi Frenk Lempard komandanın qarşısına qoyulan məqsədlərdən söz açıb.
Sportinfo.az xəbər verir ki,ingilis mütəxəss Mersisayd klubunun ölkə çempionatında üst pillələrdə qərarlaşmaq istəyində olduğunu bildirib:
"Əsas vəzifəmiz Premyer Liqadakı mövqeyimizi yaxşılaşdırmaqdı. Gələcək perspektivdən danışası olsaq, "Everton"un ambissiyaları böyükdür.
Çünki klubun böyük tarixi və sadiq azarkeşləri var. "Everton"u çalışdırmaq fəxrdi. Məşqçilər korpusumla işə tam hazırıq".