Çempionlar Kubokundan kənarlaşdırdılar - Messinin komandasını

1 May 2025 15:20 Dünya futbolu 645
Çempionlar Kubokundan kənarlaşdırdılar - Messinin komandasını

Argentinalı futbolçu Lionel Messinin çıxış etdiyi “İnter Mayami” Şimali, Mərkəzi Amerika və Karib hövzəsi (CONCACAF) Çempionlar Kubokunda finala yüksələ bilməyib.

Sportinfo.az xəbər verir ki, ABŞ təmsilçisi yarımfinal mərhələsinin cavab matçında Kanadanın “Vankuver” komandası ilə görüşüb.

Qarşılaşma “İnter Mayami”nin məğlubiyyəti ilə bitib – 1:3. Komanda ilk görüşdə də rəqibinə uduzmuşdu – 0:2.

Mayın 2-də digər yarımfinal oyununda Meksikanın “Kruz Asul” və “Uanl Tiqres” klubları üz-üzə gələcək. İlk matç heç-heçə yekunlaşıb – 1:1.

Digər Xəbərlər
Xəbər Lenti
31 Avqust 17:30 Çək və bizə göndər!