Artıq bir neçə aydır ki, 32 yaşlı futbolçu ilə danışıqlar aparır

00:20 Dünya futbolu 107
Artıq bir neçə aydır ki, 32 yaşlı futbolçu ilə danışıqlar aparır

“Yuventus”un və “Mançester Yunayted”in sabiq yarımmüdafiəçisi Pol Poqba karyerasını ABŞ-da davam etdirə bilər.

Sportinfo.az “The Washington Post”-a istinadən xəbər verir ki, MLS təmsilçisi “DC Yunayted” artıq bir neçə aydır 32 yaşlı futbolçu ilə danışıqlar aparır.

Klubun baş icraçı direktoru Ceyson Levin Poqbanın nümayəndələri ilə bir neçə dəfə görüşüb, həmçinin, oyunçunun özü ilə də şəxsən bir araya gəlib.

Fransalı futbolçu dopinq cəzası səbəbilə uzun müddət futbol meydanlarından kənarda qalıb və bu səbəbdən, Avropada gələcəyi sual altındadır.

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 18:10 Çək və bizə göndər!
29 Aprel 11:00 Bax və işini belə qur!