“Biz Konfrans Liqasını mütləq qazanmalıyıq”

8 May 22:00 Dünya futbolu 100
“Biz Konfrans Liqasını mütləq qazanmalıyıq”

“Çelsi”nin baş məşqçisi Enzo Mareska bəyan edib ki, komanda bu mövsüm UEFA Konfrans Liqasını qazanmalıdır.

Sportinfo.az London klubunun rəsmi saytına istinadən xəbər verir ki, italiyalı mütəxəssisin fikrincə, bu uğur “Çelsi”nin yenidən zirvəyə dönməsinin sübutu olacaq:

“Futbolçuları hər gün qalib mentaliteti formalaşdırmağa inandırmağa çalışıram. Ən önəmlisi budur.

Konfrans Liqasındakı qələbə bu mentalitetin formalaşmasında mükəmməl başlanğıc olardı

. Biz bu turniri mütləq qazanmalıyıq. Bu baş versə, deməli, “Çelsi” geri qayıdıb”.

“Çelsi” Konfrans Liqasının yarımfinal mərhələsinin cavab oyununda İsveç təmsilçisi “Yurqorden”lə qarşılaşacaq. Londonlular ilk oyunda rəqibini 4:1 hesabı ilə məğlub edib.

Digər Xəbərlər
Xəbər Lenti