
“Liverpul”un sabiq çalışdırıcısı Yurgen Klopp yalnız iki komanda naminə məşqçiliyə qayıtmağa hazırdır.
Sportinfo.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, bu barədə almaniyalı mütəxəssisin keçmiş komanda yoldaşı, hazırda Serbiyanın “Voyvodina” komandasına rəhbərlik edən Miroslav Tanjqa məlumat verib:
“Klopp mənə dedi ki, “Liverpul”dan ayrıldıqdan sonra yalnız iki komandanı çalışdırmaq istəyir: “Real” və Almaniya milli komandası. Məncə, bir gün o, bundestimin baş məşqçisi olacaq”.
Klopp 2024-cü ilin yayında “Liverpul”dan ayrılıb. O, bu klubda 9 il baş məşqçi kimi fəaliyyət göstərib.