Səudiyyə Ərəbistanı klubunun baş məşqçi postuna namizəddir

3 May 18:20 Dünya futbolu 143
Səudiyyə Ərəbistanı klubunun baş məşqçi postuna namizəddir

“Barselona”nın sabiq baş məşqçisi Xavi Hernandes Səudiyyə Ərəbistanının “Əl-Hilal” komandasının sükanı arxasına keçə bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis cari mövsüm başa çatdıqdan “Əl-Hilal”ı çalışdırmağa başlaya bilər.

Klub artıq baş məşqçisi Jorje Jesuzla müqavilənin ləğvi barədə razılıq əldə edib.

“Əl-Hilal” hazırda Səudiyyə Ərəbistanı çempionatının turnir cədvəlində 62 xalla 2-ci pillədə qərarlaşıb. Komanda liderdən 8 xal geri qalır.

Digər Xəbərlər
Xəbər Lenti