"İndi səhv etməli deyiləm və düzgün klubu seçməliyəm"

4 Fevral 2022 21:40 Dünya futbolu 616
"İndi səhv etməli deyiləm və düzgün klubu seçməliyəm"

İtaliyalı mütəxəssis Fabio Kannavaro açıqlama verib.

Sportinfo.az xəbər verir ki, italyan məşqçi “The Telegraph”a açıqlamasında Avropada işləmək istədiyini deyib:

“Avropaya qayıtmaq istəyirəm. Asiyada yaxşı təcrübə topladım. Amma ən yaxşı futbolçular və məşqçilər Avropada olur.

Buna görə də niyyətim Avropada bir komanda çalışdırmaqdır. İndi səhv etməli deyiləm və düzgün klubu seçməliyəm.

İndi hər kəs qısa müddətdə nəticə istəyir. Buna görə, klubların düşüncələrindən məlumatlı olmalıyam”.

Kannavaro son olaraq Çinin “Quançjou Everqrand” komandasında baş məşqçilik edib.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!