İspaniya və Portuqaliya DÇ-2018-in 1/8 finalında - DÇ-2018

26 İyun 2018 00:00 Dünya çempionatı 549
İspaniya və Portuqaliya DÇ-2018-in 1/8 finalında - DÇ-2018

DÇ-2018-də 3-cü tur start götürüb.

Sportinfo.az xəbər verir ki, ilk olaraq A və B qruplarında mübarizəyə yekun vurulub.

A qrupunda artıq 1/8 finala vəsiqəni təmin etmiş iki komanda Uruqvay və Rusiya liderlik üçün yarışıblar. İlk pillədə qərarlaşmaq üçün Rusiyaya heç-heçə də sərf edirdi.

Belə ki, vurulan və buraxılan topların fərqində meydan sahibləri daha üstün idi. Lakin Uruqvay meydan sahiblərini 3 cavabsız qolla məğlub edərək, liderliyi ələ keçirib. Rusiya isə ikinci yerlə qrupdan çıxıb.

Qrupun digər oyununda isə Səudiyyə Ərəbistanı və Misir üz-üzə gəlib. Hesabı Salahın vurduğu qolla Misir yığması açıb. Lakin qalan dəqiqələrdə iki qol vuran Səudiyyə Ərəbistanı futbolçuları meydanı əzmkar qələbə ilə tərk ediblər. Nəticədə, Misir yığması DÇ ilə qrup sonuncusu kimi vidalaşıb.

"B" qrupunda İspaniya Mərakeş, Portuqaliya isə İranla qarşılaşıb. Paralel keçən qarşılaşmalarda qollu bərabərlik qeydə alınıb və iki oyunun nəticəsinə görə İspaniya və Portuqaliya DÇ-2018-in 1/8 final mərhələsinə vəsiqə qazanıb.

İran və Mərakeş yığmaları isə qrupda qalıb. Reqlamentə görə İspaniya "play-off" mərhələsində "A" qrupunun ikincisi Rusiya, Portuqaliya isə qrupda birinci yeri tutan Uruqvayla qarşılaşacaq.

A qrupu

Uruqvay - Rusiya 3:0

Qol: Luis Suares, 10. Denis Çerışev, 23-avtoqol. Edinson Kavani, 90.

Qırmızı vərəqə: İqor Smolnikov, 36 (Rusiya)

Baş hakim: Malanq Didhyu (Seneqal)
Samara, "Samara Arena"

Uruqvay: 1. Fernando Muslera, 3. Dieqo Qodin (k.), 6. Rodriqo Bentankur, 8. Naytan Nandes, 9. Luis Suares, 14. Lukas Torreyra, 15. Matias Vesino, 17. Dieqo Laksalt, 19. Sebastyan Koates, 21. Edinson Kavani, 22. Martin Kaseres.

Ehtiyat oyunçular: 12. Martin Kampanya, 23. Martin Silva, 4. Gilyermo Varela, 5. Karlos Sançes, 7. Kristian Rodriges, 10. Corcian de Arraskaeta, 11. Kristian Stuani, 13. Qaston Silva, 16. Maksimilyano Perreyra, 18. Maksimiliano Qomes, 20. Conatan Urretabiskayya.

Baş məşqçi: Oskar Tabares.

Rusiya: 1. İqor Akinfeyev, 3. İlya Kutepov, 4. Sergey İqnaşeviç (k), 6. Denis Çerışev, 8. Yuri Qazinski, 11. Roman Zobnin, 13. Fyodor Kudryaşov, 15. Aleksey Mirançuk, 19. Aleksandr Səmədov, 22. Artyom Dzyuba, 23. İqor Smolnikov.

Ehtiyat oyunçular: 12. Ruslan Lunyov, 20. Vladimir Qabulov, 2. Mario Fernandes, 5. Andrey Semyonov, 7. Daler Kuzyayev, 10. Fyodor Smolov, 14. Vladimir Qranat, 16. Andrey Mirançuk, 17. Aleksandr Qolovin, 18. Yuri Jirkov, 21. Aleksandr Yeroxin.

Baş məşqçi: Stanislav Çerçesov.

Səudiyyə Ərəbistanı - Misir 2:1

Qol: Salman Əl Fərəc, 45+2. Salem Əl Davsari, 90+4 - Məhəmməd Salah, 22.

Fahad Əl Muvallad 39-cu dəqiqədə penaltidən yararlana bilməyib (qapıçı).

Baş hakim: Vilmar Roldan (Kolumbiya)
Volqoqrad, "Volqoqrad Arena"

Səudiyyə Ərəbistanı: 21. Yasser Əl Mosaylem, 3. Osama Havsavi (k), 6. Məhəmməd Əl Burayk, 7. Salman Əl Fərəc, 9. Hatan Bahbri, 13. Yasser Əl Şahrani, 14. Abdulla Otayf, 16. Hüsseyn Əl Moqahvi, 18. Salem Əl Davsari, 19. Fahad Əl Muvallad, 23. Motaz Havsavi.

Ehtiyat oyunçular: 1. Abdulla Əl Muayuf, 2. Mansur Əl Hərbi, 8. Yəhya Əl Şəhri, 10. Məhəmməd Əl Sahlavi, 11. Abdulmalik Əl Xaibri, 12. Məhəmməd Kanno, 15. Muhannad Əsiri, 22. Məhəmməd Alovays.

Baş məşqçi: Xuan Antonio Pitsi.

Misir: 1. Essam Əlhadari (k), 2. Əli Gabr, 6. Əhməd Heqazi, 7. Əhməd Fəthi, 8. Tarek Həmid, 9. Marvan Mohsin, 10. Məhəmməd Salah, 13. Məhəmməd Abdelşafi, 17. Məhəmməd Elneni, 19. Abdulla Said, 21. Trezeqe.

Ehtiyat oyunçular: 3. Əhməd Əlməhəmmədi, 5. Sam Morsi, 11. Kahraba, 12. Ayman Əşrəf, 14. Ramadan Sobhi, 15. Mahmud Həmdi, 16. Şərif Əkrəmi, 18. Şikabala, 20. Samir Saad, 22. Varda, 23. Məhəmməd Əlşənavi.

Baş məşqçi: Hektor Kuper.


B qrupu

İran - Portuqaliya 1:1

Qol: Kərim Ansarifard, 90+3-pen - Rikardo Kuaresma, 45.

Matçın 53-cü dəqiqəsində K.Ronaldo penaltidən yararlana bilməyib (qapıçı).

Baş hakim: Enrike Kaseres (Paraqvay)
Saransk, "Mordoviya Arena"

İran: 1. Əli Beyranvand, 3. Ehsan Hacı Safi (k), 6. Səid Ezatolahi, 8. Morteza Puraqliqanyi, 9. Omid Ebrahimi, 11. Vahid Amiri, 17. Mehdi Taremi, 18. Alireza Cahanbaxş, 19. Məcid Hosseyni, 20. Sərdar Azmun, 23. Ramin Rezaeyan

Ehtiyat oyunçular: 2. Mehdi Torabi, 5. Milad Məhəmmədi, 7. Masud Şocaey, 10. Kərim Ansarifard, 12. Rəşid Məzaheri, 13. Məhəmməd Reza Xanzade, 14. Səman Goddos, 15. Peyman Montazeri, 21. Aşkan Dejagah, 22. Əmir Abedzade

Baş məşqçi: Karlos Keyruş

Portuqaliya: 1. Rui Patrisiu, 3. Pepe, 5. Rafael, 6. Xose Fonte, 7. Kristiano Ronaldo (k), 9. Andre Silva, 10. Joao Mario, 14. Villiam, 20. Rikardo Kuaresma, 21. Sedrik, 23. Adrien Silva

Ehtiyat oyunçular: 2. Bruno Alves, 4. Manuel Fernandes, 8. Joao Moutinyo, 11. Bernardo Silva, 12. Antoni Lopes, 13. Ruben Dias, 15. Rikardo, 16. Bruno Fernandes, 17. Qonsalo Quedes, 18. Jelson Martins, 19. Mario Rui, 22. Beto

Baş məşqçi: Fernando Santos

İspaniya - Mərakeş 2:2

Qol: İsko, 19. Yaqo Aspas, 90+1 - Xalid Butaib, 14. Yussef En Nəsiri, 81.

Baş hakim: Ravşan İrmatov (Özbəkistan)
Kalininqrad, “Kalininqrad” stadion

İspaniya: 1. David De Xea, 2. Dani Karvaxal, 3. Jerar Pike, 5. Serxio Buskets, 6. Andres İnyesta, 10. Tyaqo, 11. Serxio Ramos (k), 18. Xordi Alba, 19. Dieqo Kosta, 21. David Silva, 22. İsko

Ehtiyat oyunçular: 4. Naço, 7. Saul, 8. Koke, 9. Rodriqo, 11. Lukas Vaskes, 13. Kepa Arrisabalaqa, 14. Sezar Aspilikueta, 16. Naço Monreal, 17. Yaqo Aspas, 20. Marko Asensio, 23. Pepe Reyna

Baş məşqçi: Fernando Yerro

Mərakeş: 12. Monir Əl Kayui, 2. Əşrəf Hakimi, 4. Manuel da Kosta, 6. Qanem Sayss, 7. Hakim Ziyex, 8. Kərim Əl Əhmədi, 10. Yunis Belhanda, 14. Xalid Butaib, 14. Mbark Bussufa (k), 16. Nurəddin Amrabat, 17. Nabil Dirar

Ehtiyat oyunçular: 1. Yassin Bunu, 3. Hamza Mendil, 5. Mehdi Benatya, 9. Ayub Əl Kaabi, 11. Faysal Fəcr, 18. Amine Harit, 19. Yussef En Nəsiri, 20. Əziz Buhadduz, 21. Sofyan Amrabat, 23. Mehdi Karsela

Baş məşqçi: Herve Renard



Bombardirlər: Harri Keyn (İngiltərə) - 5, Kriştiano Ronaldo (Portuqaliya), Romelu Lukaku (Belçika) - 4, Dieqo Kosta (İspaniya), Denis Çerışev (Rusiya) - 3.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti