Səudiyyə Ərəbistanı Salahlı Misir xalsız yola saldı - VİDEO

25 İyun 2018 21:00 Dünya çempionatı 539
Səudiyyə Ərəbistanı Salahlı Misir xalsız yola saldı - VİDEO

DÇ-2018-in qrup mərhələsində sonuncu turun görüşlərinə start verilib.

Sportinfo.az xəbər verir ki, A qrupunda qərarlaşan Səudiyyə Ərəbistanı və Misir millilərinin qarşılaşmasında Asiya təmsilçi 2:1 hesablı qələbə qazanıb.

Bu, Səudiyyə Ərəbistanının DÇ-1994-dən sonra mundiallarda qazandığı ilk qələbə idi. A qrupunu 9 xalla Uruqvay lider tamamlayıb. 6 xalı olan Rusiya 2-ci olub. Səudiyyə Ərəbistanı 3 xalla 3-cü, Misir isə 0 xalla 4-cü olub.

Səudiyyə Ərəbistanı - Misir - 2:1

Qollar: Əl-Fərəc, 45+6 (pen.), Salem Əl Davsari, 90+5 - Məhəmməd Salah, 22

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti