DÇ-2018-in qrup mərhələsində sonuncu turun görüşlərinə start verilib.
Sportinfo.az xəbər verir ki, A qrupunda qərarlaşan Rusiya və Uruqvay milliləri qrup liderini müəyyən etmək üçün meydana çıxıblar.
Qarşılaşma Cənubi Amerika təmsilçisinin 3:0 hesablı qələbəsiylə başa çatıb. A qrupunu 9 xalla Uruqvay lider tamamlayıb. 6 xalı olan Rusiya 2-ci olub. Səudiyyə Ərəbistanı 3 xalla 3-cü, Misir isə 0 xalla 4-cü olub.
Uruqvay - Rusiya 3:0
Qollar: Luis Suares, 10, Denis Çerışev, 23 (avtoqol), Edinson Kavani, 90+2

